POS məhsullar #1
POS "Point of sale " yəni - ingilis dilindən tərcümədə satış nöqtəsinə dəvət kimi tərcümə olunur.
Heç olubmu, mağazaya daxil olarkə, nəzərdə tutduğunuzdan daha çox alışveriş edib evinizə dönmüsünüz? Misal üçün mağazaya çay və ya şəkər tozu üçün getdiyiniz halda, pirojna, meyvə şirəsi, şokolad və s. alışveriş etmisiniz. Sizcə bu adi haldır? Xeyr. Bu, POS-məhsullardır ki, bizləri qabaqcadan təyin edilən məhsulları alış etməyə cəzb edir. POS- məhsulların düzgün yerləşdirilməsi, müştərilərin məhsula diqqətin cəlb edilməsinə və satışın artmasına kömək edir.
POS- məhsulların əsas fəaliyəti
« Əsas qayda »
- Müəyyən məhsul üzərinə diqqətlərin cəlb olunmasına çalışmaq (endirim,kompanya və.s kimi aksiya vasitələri ilə)
POS- məhsullar digər reklam növlərindən fərqli olaraq, müştərinin müyyən olunmuş məhsula diqqət yetirməsinə daha tez, demək olar ki, saniyələr içində nail olur və daha çox satış etmənizə şərait yaradır. .
POS - məhsullar haralarda yerləşdirilir
Ümumiyətlə istənilən satış məntəqəsində POS - məhsulların rolu əvəzedilməzdir.
- Çöl reklamları: Alıcını satış məntəqəsinə istiqamətləndirmək üçün göstəricilər, yönləndiricilər, reklam posterləri, satış məntəqəsinin müxtəlif məhsulları haqqında aksiya tabloları və s. bu tip çöl POS məhsulları.
- Girişdə yerləşən: Bura satış mətəqəsinə girişlərin bəzədilməsi və girişdə yerləşən vitrinlərin görüntüsünün işlənməsi daxildir: açıqçalar, posterlər, adasqılar, və s. Girişdə olan POS-məhsulların məqsədi, alıcını satış məntəqəsinə girməyə məcbur etməkdən ibarətdir. Burada məhsulun üstün xüsusiyətlərini qeyd etməklə və daha qənaətcil seçimləri müştəriyə təqdim etməklə, (endirim,bonus, aksiya) alıcının satış məntəqəsinə daxil olub məhsulu almasına çalışmaqdır.
- Satış məntəqəsi. Satış məntəqəsinə daxil olduqda, əsas həqsəd alıcını məhsula yönəltməkdir. Buraya müxtəlif işıqlı hərflər, lightb box-lar, yönləndiricilər, PVC rəf önü məlumatlandırıcılar daxil edilir.